ELM VƏ TƏHSİL


Məktəbdənkənar təhsil müəssisələrində Uşaqların Beynəlxalq Müdafiəsi Günü onlayn qeyd ediləcək

Bakı, 31 may, AZƏRTAC

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən yaradıcılıqyönümlü məktəbdənkənar təhsil müəssisələrində bir sıra onlayn tədbirlərin təşkili nəzərdə tutulur. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 1-də Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Biz birlikdə güclüyük!” məktəblilərarası beynəlxalq onlayn dəyirmi masa, “Hər birimiz bir çiçək” rəsm müsabiqəsi, “Mənim uşaq dünyam” gənc rəssamların rəsm vernisajı, Mərkəzin dərnək üzvlərinin dünya uşaqlarına təbrik müraciətlərini əks etdirən “Dünya uşaqları dostluq edir” adlı videoçarxın hazırlanması və digər onlayn tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Həmçinin pandemiya dövründə uşaq və gənclərdə ruh yüksəkliyi yaratmaq, onları sözügedən əlamətdar gün münasibətilə təbrik etmək məqsədilə Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi tərəfindən “Dünya sənindir” adlı onlayn fləşmob təşkil olunub. Eyni zamanda, həmin günlə əlaqədar Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən onlayn fotomüsabiqə, Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən isə incəsənət nümayəndələrinin iştirakı ilə uşaqlar üçün dəyirmi masalar təşkil ediləcək.

Vurğulanıb ki, sadalanan tədbirlərin keçirilməsində əsas məqsəd uşaqlar arasında dostluq münasibətlərinin qurulması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, həmçinin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onları təbrik etməkdir.

Xatırladaq ki, istedadlı uşaqların üzə çıxarılması, onların asudə vaxtının səmərəli təşkili, yaradıcılıq və fiziki imkanlarının inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi hər il ənənəvi olaraq 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bir sıra yerli və beynəlxalq səviyyəli müsabiqə, yarış, festival, dəyirmi masa və digər tədbirlər həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.