REGİONLAR


Zəngəzur Milli Parkında yeni toxmacarlıq yaradılıb

Naxçıvan, 3 iyun, AZƏRTAC

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında yeni toxmacarlıq yaradılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Zəngəzur Milli Parkının Ağdərə ərazisini əhatə edən toxmacarlıqda yerli torpaq və iqlim şəraitinə uyğun meyvə sortlarının, əsasən də cəviz, ərik, şaftalı, alça kimi növlərinin yetişdirilməsinə üstünlük verilib.

Mütəxəssislərin fikrincə dağlıq ərazilərdə salınan toxmacarlıqlarda yetişən tinglər sağlam olur və istənilən hava şəraitinə daha yaxşı uyğunlaşırlar. Bu ərazinin də torpağı və iqlimi yeni tinglərin yetişdirilməsi üçün çox münbitdir.

Qeyd edək ki, yaşıllıqların artırılması və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Yaşıllaşdırma tədbirləri aran zonaları ilə yanaşı dağlıq əraziləri də əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.