REGİONLAR


“Naxçıvan” Universitetində Azərbaycan ilə Türkiyənin iqtisadi əlaqələrinə həsr edilmiş elmi konfrans keçirilib

Naxçıvan, 3 iyun, AZƏRTAC

Xarici iqtisadi əlaqələrin yaradılmasında Azərbaycanın potensial tərəfdaşlarından biri kimi qardaş Türkiyə Respublikası çıxış edir. İki ölkə arasındakı əməkdaşlıq iqtisadiyyatın bir çox sahələrində inkişaf edir.

“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər ali təhsil ocağının İdarəetmə kafedrasının təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə iqtisadi əlaqələri: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən onlayn elmi konfransda həmin fakültənin dekanı Naim Cahidzadə tərəfindən səsləndirilib. O bildirib ki, son vaxtlar Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq, xüsusən, xarici ticarət və investisiya qoyuluşu istiqamətlərində daha çox inkişaf edir.

Daha sonra universitetin İdarəetmə kafedrasının müdiri İradə Bağırovanın “Azərbaycanın region dövlətləri ilə iqtisadi əlaqələri”, kafedranın müəllimi Mədinə Allahverdiyevanın “Azərbaycan və Türkiyə iqtisadi əlaqələrində gələcək perspektivləri” və İdarəetmə fakültəsinin “Maliyyə nəzarəti və audit” ixtisasında təhsil alan I kurs tələbəsi Gültəkin Əhmədovanın “Azərbaycan və Türkiyə iqtisadi əlaqələrində TANAP layihəsinin rolu” mövzusunda çıxışları dinlənilib.

Qeyd olunub ki, Türkiyənin Azərbaycanla əlaqələri yüksək strateji səviyyədədir. Qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.