CƏMİYYƏT


Türkiyədə Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib

İstanbul, 3 iyun, AZƏRTAC 

Bütün dünyanın yeni növ koronavirusla (COVID-19) mübarizə apardığı bir vaxtda Türkiyə ərazisində Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib.

AZƏRTAC xəbər verir ki, gənələr vasitəsilə insanların yoluxduğu xəstəlik artıq ölkənin Tunceli, Gümüşhane, Bayburt, Giresun, Bingöl, Sivas, Ərzincan və Tokat şəhərlərində görülüb.

Son yoluxma hallarının qeydə alındığı Ərzincanda son bir ay ərzində 17 xəstə aşkar edilib. Ən çox yoluxanlar isə 40 nəfərlə Sivasda qeydə alınıb.

Bəzi hallarda ölümlə nəticələnən bu xəstəlik ilk dəfə 1944-1945-ci illərin yaz aylarında Qərbi Krımda sovet əsgərləri arasında qanamalı qızdırma ilə ortaya çıxıb. Türkiyə ərazisində isə ilk dəfə 2002-ci ildə müşahidə edilib.

Mütəxəssislər xəstəliyin baş qaldırmasını COVID-19-la əlaqədar olaraq kənd təsərrüfatı və heyvandarlıqda dərmanlama işlərinin daha az aparılması və bunun nəticəsi olaraq həşəratların xəstəliyi yayması ilə izah edirlər.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.