REGİONLAR
Masallı məktəblisi ikinci dəfə “Virtual əlaçı” bilik yarışmasının qalibi olub
Masallı, 6 iyun, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun məktəbliləri "Virtual məktəb" portalında keçirilən “Virtual əlaçı” bilik yarışmasında uğurla çıxış edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, VII həftənin nəticələrinə əsasən Masallı rayonunun Bədəlan kənd tam orta məktəbinin IX sinif şagirdi İlqarə Şahbazzadə ikinci dəfə bilik yarışmasının qalibi olub. O, bu bilik yarışmasının IV həftəsinin də qalibi adını qazanıb.
Qeyd edək ki, “Virtual məktəb” portalında aprelin 15-dən keçirilən “Virtual əlaçı” bilik yarışmasında məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.
Hər həftə təşkil olunan yarışmada hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez düzgün cavab vermiş ilk 10 şagird qalib adını qazanır və onların adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]