REGİONLAR


Lənkəran Dövlət Dram Teatrı “Olanlardan-keçənlərdən” tamaşasını onlayn nümayiş etdirəcək

Lənkəran, 27 iyun, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Dram Teatrı iyunun 30-da saat 19:00-da facebook səhifəsindən dahi bəstəkar Üzeyir Hacıbəylinin hekayə, felyeton və pamfletləri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin səhnələşdirdiyi və quruluş verdiyi “Olanlardan-keçənlərdən” komediyasını növbəti dəfə onlayn nümayiş etdirəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk tamaşası 1985-ci ildə oynanılan və ötən 35 illik müddətdə 2000 dəfədən çox ifa olunan bu səhnə əsərində xalqı maarifə, savadlanmağa, mənəvi dəyərlərə çağırış motivləri üstünlük təşkil edir.

Tamaşada əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, aktyorlardan Əlibala Əsgərov, Məhərrəm Musayev, Miraslan Ağayev, Hikmət Cəfərov, Rauf Zeynalov və başqaları oynayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.