CƏMİYYƏT


Ankarada “Epidemiyadan sonra beynəlxalq sistem” mövzusunda konfrans keçirilib

Ankara, 30 iyun, AZƏRTAC

Azərbaycanın Türkiyədəki səfirliyinin və Ankarada fəaliyyət göstərən Strateji Düşüncə İnstitutunun (SDİ) birgə təşkilatçılığı ilə “Epidemiyadan sonra beynəlxalq sistem” mövzusunda konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konfransın rəsmi hissəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və SDİ-nin sədri Muhammet Savaş Kafkasyalı çıxış ediblər.

Sonra konfrans işini eyni mövzuda panel iclası ilə davam etdirib. Əvvəlcə SDİ sədrinin mövzu ilə bağlı məruzəsi dinlənilib. Tədbirdə, həmçinin Azərbaycanın, Hindistanın, İsrailin, Braziliyanın və digər ölkələrin Türkiyədəki səfirlərinin çıxışları olub.

Çıxışlarda COVID-19 infeksiyasının dünyada yaratdığı problem, ölkələrdə mövcud vəziyyət, böhrandan çıxış yolları, tərəflərin üzərinə düşən məsuliyyət və digər məsələlərdən söz açılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.