İDMAN


“Atalanta” Çempionlar Liqası yolunda vacib qələbə qazanıb

Bakı, 3 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 2-də futbol üzrə İtaliya A Seriyasının 29-cu turunun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlində dördüncü yerdə qərarlaşan “Atalanta” öz meydanında “Napoli” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hər iki qolu “Atalanta” ikinci hissədə vurub. Matçın 47-ci dəqiqəsində Mario Paşaliç, 55-ci dəqiqədə isə Robin Qosens fərqləniblər.

Bu qələbədən sonra “Atalanta” xal ehtiyatını 60-a çatdıraraq turnir cədvəlində dördüncü yerdə mövqeyini qoruyub saxlayıb. Bu nəticə ilə Berqamo təmsilçisi UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq şansını artırıb. “Napoli” isə 45 xalla 6-cı yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.