DÜNYA


“Shell” neft şirkəti bir neçə xarici əməkdaşını Qazaxıstandan təxliyə edəcək

Nur-Sultan, 6 iyul, AZƏRTAC

“Shell” neft şirkəti bir neçə xarici əməkdaşını Qazaxıstandan çıxarır. Buna səbəb ölkənin Atırau bölgəsində koronavirus infeksiyasının yayılmasıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Məlumatda deyilir ki, şirkət iyulun 1-dən etibarən, əməkdaşlarını və onların ailə üzvlərinin ölkədən çıxarılması barədə qərar qəbul edib. Bu əməkdaşlar öz vəzifələrini uzaqdan yerinə yetirməyə davam edəcəklər. İşçilərin bir hissəsinin çıxarılması barədə qərar “Kaşaqan” yatağında istehsal fəaliyyətinə təsir göstərməyəcək.

Xatırladaq ki, “Şimal-Xəzər” layihəsi Qazaxıstanda dəniz neft-qaz yataqlarının istismarının ilk iri layihəsidir. Onun tərkibinə Kaşaqan, Kayran, Aktot və Cənub-Qərb Kaşaqan yataqları daxildir.

Qeyd edək ki, pandemiya dövründə Atırau vilayətində koronavirusun 5466 yoluxma halları qeydə alınıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.