DÜNYA


İsrailin Səhiyyə Nazirliyi total karantinin hansı şərt daxilində bərpa ediləcəyini açıqlayıb

Bakı 10 iyul, AZƏRTAC

İsrailin Səhiyyə naziri Yuli Edelşteyn qapalı iclasda bildirib ki, “qırmızı xətt”in mövcud olmasına görə bütün İsraildə yenidən sərt karantin tətbiq oluna bilər.

AZƏRTAC “İsrail po-russki” saytına istinadla xəbər verir ki, sutka ərzində koronavirusa yoluxanların sayı 2 minə çatacağı təqdirdə İsrailin total karantini bərpa etməsi ehtimal olunur.

“Sutka ərzində 2 min yoluxma halı çox ciddi, qırmızı siqnaldır. Belə bir ssenarinin baş verməməsi üçün biz əlimizdən gələni edəcəyik. Amma bu hal baş verərsə, bizim total karantini bərpa etməkdən başqa seçimimiz qalmayacaq”, - deyə Səhiyyə naziri qeyd edib.

Son məlumatlara görə, gün ərzində maksimum 2 min yoluxma faktının aşkarlanması artıq “fantastik” görünmür. Artım tempi hələlik çox yüksək həddə qalmaqdadır və hər gün sabit olaraq 1000-dən çox yoluxma faktı qeydə alınır.

Daha əvvəl Səhiyyə Nazirliyinin Baş direktoru professor Hezi Levi “ölkənin yenidən bağlanması ssenarisinin daim müzakirə olunduğunu” deyib. O, koronavirusa ən təhlükəli yoluxma ocaqlarının müəyyənləşdirildiyi bir sıra rayonlara girişə məhdudiyyət qoyulandan sonra da bu məsələnin gündəlikdən çıxarılmadığını vurğulayıb.

Yeni total karantinin ölkə miqyasında “son dərəcə ağır” nəticələr verə biləcəyini söyləyən professor Levi belə bir qaydanın tətbiq edilməməsi üçün Səhiyyə Nazirliyinin əlindən gələni edəcəyini vəd edib. “Lakin koronavirusa qarşı dərman olmadığı üçün bizim digər seçim imkanımız yoxdur. Hazırda bu baxımdan, təbii ki, ən effektli üsul insanların bir-biri ilə sosial məsafə saxlamalarıdır”, - deyə Səhiyyə Nazirliyinin baş direktoru söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.