İDMAN


“Qarabağ” klubu Qəbələdə hazırlığa start verib

Bakı, 15 iyul, AZƏRTAC

2020/2021-ci il mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək Ağdamın “Qarabağ” futbol klubu təlim-məşq toplanışına başlayıb.

AZƏRTAC xəbər verir ki, komanda artıq hazırlığın təşkil olunacağı Qəbələdədir. İspaniyalı Xayme Romero və Miçel Maderadan başqa bütün futbolçular təlim-məşq toplanışına cəlb olunublar. İspaniyalı legionerlərin Bakıya qaytarılması istiqamətində də işlərin aparıldığı bildirilir. Yeri gəlmişkən klubun yeni transferləri - Donald Gerye və Emil Balayev də komandaya qoşulublar.

Hazırlıq ərəfəsində komanda üzvləri koronavirus testindən keçiblər. Klubun işçiləri, məşqçilər heyəti və futbolçularda virus aşkarlanmayıb.

Qeyd edək ki, “Qarabağ” pandemiya səbəbindən vaxtından əvvəl başa çatdırılan Azərbaycan çempionatının 2019/2020-ci il mövsümünün qalibi elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.