İQTİSADİYYAT


Tağıyev-Sahil avtomobil yolu yenidən qurulur

Bakı, 18 avqust (AZƏRTAC). Gürcüstanla dövlət sərhədi avtomobil yolunun bir hissəsini təşkil edən Tağıyev-Sahil (M-6) avtomobil yolu Bakı-Quba (M-1) və Bakı-Ələt (M-2) magistral yolları ilə birləşdiriləcəkdir.

AZƏRTAC Azeryol.az rəsmi saytına istinadla xəbər verir ki, layihə çərçivəsində ümumi uzunluğu 41,4 kilometr olan Tağıyev-Sahil yolunun yenidən qurulması nəzərdə tutulmuşdur.

Yol boyu 11 körpünün, 4 heyvan keçidinin, 8 avtobus dayanacağının və müxtəlif diametrli dairəvi və düzbucaqlı 61 su ötürücü borunun tikintisi planlaşdırılır.

Əsasən yük daşıması üçün əhəmiyyətli olacaq bu yol respublikanın cənub və qərb bölgələrindən gələn nəqliyyat vasitələrinin şəhərə daxil olmadan Bakı-Rusiya yolunun 36-cı kilometrinə çıxışını təmin edəcəkdir.

Yolun 2012-ci ildə istismara veriləcəyi gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.