Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

O, xatirələrdə jurnalist və diplomat kimi qalıb

Azərbaycanın tanınmış ictimai xadimi, Əməkdar mədəniyyət işçisi Bağır Seyidzadənin anadan olmasından 108 il keçir

Bakı, 9 avqust, AZƏRTAC

Jurnalist, diplomat, nazir, tərcüməçi, vətənpərvər və xeyirxah insan, gözəl övlad, qayğıkeş ər və ata... Cəmi 56 il ömür sürmüş Bağır Seyidzadə yaddaşlarda belə qalıb.

AZƏRTAC Azərbaycanın tanınmış ictimai xadimi, Əməkdar mədəniyyət işçisi Bağır Seyidzadənin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Bağır Mirqasım oğlu Seyidzadə 1912-ci il avqustun 9-da qədim Azərbaycan şəhəri İrəvanda dünyaya göz açıb. 1918-ci ildə İrəvanda millətlərarası münasibət kəskinləşdiyi üçün Mirqasım ailəsini Tiflisə köçürüb.

B.Seyidzadənin qızı Dilarə xanımın xatirələrindən: “Onlar 1918-ci ildə İrəvandan köçəndə atamın əmisi Mirəli artıq vəfat etmişdi. O, səfərdən qayıdarkən Qarsda dünyasını dəyişmiş və orada dəfn olunmuşdu. Babam Mirqasım həm özünün, həm də qardaşının ailəsini götürüb Tiflisə gəlmişdi. Yeri gəlmişkən, mən atamın əmisi Mirəlinin Türkiyədə məzarını axtarıb tapdım. Buna Türkiyəyə səfər zamanı ulu öndər Heydər Əliyevin sayəsində nail oldum”.

Mirqasım kişi ticarətini davam etdirir, qazandığı pullarla uşaqlarına mükəmməl təhsil verir. Bağır rus və fransız dillərini Tiflisdə öyrənmişdi.

1924-cü ildə Mirqasım kişinin ömür-gün yoldaşı Xədicə xanım vəfat edir və onu Tiflisdəki müsəlman qəbiristanlığında dəfn edirlər. On iki yaşlı Bağır tez-tez qəbiristanlığa gedirdi. Fikirləşirdi ki, bəlkə möcüzə baş verər, anası əbədiyyət yuxusundan ayılar və özünü qəbiristanlıqda tək görüb qorxar. Oğlunun iztirablarını görən Mirqasım kişi ailəsini Tiflisdən uzaq bir məkana köçürməyi qərara alır.

1925-ci ildə ailə Bakıya köçür. Bu o dövr idi ki, Azərbaycanı müstəqil görmək istəyən Hüseyn Cavid, Əhməd Cavad, bir qədər sonra onlara qoşulan Mikayıl Müşfiq, Almas İldırım Bakıda yazıb-yaradırdılar. Bağır Seyidzadə Tağıyevin fabrikində işə düzəlir və təhsilini fəhlə fakültəsində davam etdirir. Şəhərdəki ictimai-siyasi ab-havanı tezliklə dərk etsə də, nə evdəkilərə, nə də ətrafdakılara kimlərə rəğbət bəslədiyini bildirmir. Lakin illər ötdükdən sonra Moskvada aspiranturada oxuyan sevimli qızı Dilarəyə deyəcəkdi: “Qızım, əgər sən nə vaxtsa Azərbaycan tarixinin ən şərəfli və vacib dövrünə əsər həsr etsən, mütləq o dövrün mətbuatına diqqət yetir, ələlxüsus da “Füyuzat” jurnalına”. Deməli, ürəyindəki rəğbəti füyuzatçılara imiş.

Gənc Bağır 1930-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra bir neçə ay “Kəndli” qəzetinin redaksiyasında korrektor işləyir. 1936-cı ildə isə Azərbaycan Sənaye İnstitutunun məzunu olaraq “Gənc işçi” qəzetinə redaktor təyin edilir. Repressiya illərində hər dəfə bu tufanın apardığı adamların adlarını eşidəndə ürəyi qana dönürdü. Çünki onların çoxunu şəxsən tanıyırdı. İkinci Dünya müharibəsinin başlanması Kremli Bakını türkçülük əhval-ruhiyyəsinin daşıyıcısı olan azərbaycanlılardan təmizləmək siyasətini dayandırmağa məcbur etdi. Beləliklə, Bağır Seyidzadənin və onun kimi minlərlə vətənpərvər azərbaycanlının canı repressiyadan qurtardı.

Professor Dilarə Seyidzadənin xatirələrindən: “O vaxt belə bir qayda vardı – kim qəzetə rəhbərlik edirdisə, sonra respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçilirdi. Beləliklə, atam respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçildi və 1941-ci ildə Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrupla İrana getdi”. Bağır Seyidzadə İrana yola düşən gün – sentyabrın 15-də atası Mirqasım kişi infarktdan keçinir. Övladı Bağırın isə bundan xəbəri olmur. Qeys xanım qayınatası vəfat etdiyi üçün ərini qaytarmaq xahişi ilə Mərkəzi Komitəyə müraciət etsə də, bir nəticə hasil olmur. Mərkəzi Komitə Mirqasım kişinin dəfnini təşkil etməklə vəzifəsini bitmiş hesab edir. Vaxtilə hər gün anasının qəbrini ziyarət edən Bağır uzun illər atasının məzarına baş çəkə bilmir.

Görkəmli ictimai, siyasi və dövlət xadimi Əziz Əliyev İranda işləmək üçün diplomatlar hazırlanılması məqsədilə kadr seçəndə nəzakətli davranışı, hər kəslə ünsiyyət qurmaq bacarığı ilə başqalarından fərqlənən Bağır Seyidzadənin üzərində dayanır və onu Moskvaya SSRİ Xarici İşlər Nazirliyindəki Ali Diplomatiya Məktəbinin altı aylıq kursuna göndərir. Moskvada fars dilini mükəmməl öyrənən və təhsilini fərqlənmə diplomu ilə bitirən Bağır Seyidzadə 1944-cü ildə SSRİ diplomatı kimi İrana göndərilir. Yazıçı Qılman İlkinin xatirələrindən: “Biz Təbrizdə Mirzə İbrahimovun rəhbərliyi altında ərəb əlifbası ilə “Vətən yolunda” qəzetini nəşr edirdik. Bağır Seyidzadə isə oraya diplomatik işə göndərilmişdi. Biz tez-tez görüşürdük. Ya biz onun yanına gedir, ya da o özü Təbrizdə bizə baş çəkirdi. Öz işindən maraqla danışırdı. Cənubi Azərbaycanda Milli Hökumətin qurulmasında onun böyük xidməti vardı. Hətta Milli Hökumət onu “21 Azər” medalına da layiq görmüşdü”.

Bağır Seyidzadə həm də gözəl natiq idi. O, müharibə illərində Səməd Vurğunun rəhbərlik etdiyi bir qrup Azərbaycan ziyalısı ilə birlikdə Novorossiysk cəbhəsində 416-cı, 77-ci və 223-cü diviziyalarda olmuşdu. Həmçinin Səməd Vurğunla birlikdə Tiflisdə vətənpərvərlik mitinqində iştirak etmişdi.

İrandan sonra Moskva onu təcrübəli diplomat kimi Türkiyəyə göndərmək istəyir. Lakin Mircəfər Bağırov onun Bakıda qalmasına nail olur və 1949-cu ildə Bağır Seyidzadəni Kinematoqrafiya naziri təyin edir. O, kinematoqrafiyada olan problemlərin aradan qaldırılması üçün böyük işlər görür. Həmin dövrdə çəkilmiş “Sovet Azərbaycanı” sənədli filmi Kann Beynəlxalq Kinofestivalında Azərbaycanın kino tarixində ilk dəfə olaraq xüsusi mükafata layiq görülür. “Xəzər neftçiləri haqqında dastan” və “Dənizi fəth edənlər” sənədli-bədii filmlərinə görə yaradıcı qrupun bir neçə üzvü sovet dövründə ən yüksək mükafatı - Lenin mükafatını alır. “Dənizi fəth edənlər” filmi həm də I Moskva kinofestivalında gümüş medalla mükafatlandırılır.

Bağır Seyidzadənin kinematoqrafiya naziri kimi əldə etdiyi uğurlar onu Mircəfər Bağırovun gözündə ucaldırdı. Lakin bədxahları da az deyildi. Onlar gecə-gündüz Mərkəzi Komitəyə böhtan dolu məktublar yazırdılar. M.Bağırov 1952-ci ilin fevralında Bağır Seyidzadəni vəzifəsindən azad etməyə məcbur olur. B.Seyidzadə Radioinformasiya Komitəsinə gələrək fars redaksiyasına işə götürülməsini xahiş edir. Onu nəinki işə götürür, hətta farsca birbaşa efiri də ona həvalə edirlər. 1953-cü ildə isə Bağır Seyidzadə Radioinformasiya baş idarəsində müavin vəzifəsinə irəli çəkilir. Çox keçmir ki, Mərkəzi Komitə ona Poliqrafiya və Nəşriyyat İdarəsini yaratmağı tapşırır. Bu idarə 1958-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinə birləşdiriləndən sonra Bağır Seyidzadə nazir müavini təyin olunur.

Nazir müavini işləyərkən tərcümə ilə də məşğul olan Bağır Seyidzadə halal çörəkpulu qazanan məmur idi. O, “Görkəmli adamların həyatı” silsiləsindən Natalya Muravyovanın “Viktor Hüqo”, Leopold İnfeldin “Evarist Qalua”, İohan Pestalotsinin “Seçilmiş pedaqoji əsərləri” kitablarını tərcümə etmişdi. Xalq yazıçısı Qılman İlkinin xatirələrindən: “Hamı bilirdi ki, onun bir dəqiqə də olsun boş vaxtı yox idi. Gecələr isə bədii tərcümə ilə məşğul olur, ailəsinin heç bir şeydə korluq çəkməsinə imkan vermirdi. Bu da həmkarlarında paxıllıq hissi doğururdu, onlar nəyin bahasına olursa-olsun ona zərbə vurmağa çalışırdılar. Nail oldular da. Onu işdən azad etdilər. İşdən azad edilməsi haqqında əmr çox gülünc səslənirdi...”

Azərinformun (indiki AZƏRTAC) baş redaktoru Azər Ələsgərov bu barədə yazırdı: “Bağır Seyidzadə nazir müavini işləyə-işləyə iki-üç kitab tərcümə edib onları nəşr etdirmişdi. Bu səbəbdən də belə bir məsələ qaldırılmışdı ki, o, tərcümə edərək filan qədər qonorar almışdır”. Sonralar Mərkəzi Komitənin birinci katibi Vəli Axundov etiraf etmişdi ki, Bağır Seyidzadəni işdən əbəs yerə çıxarıb.

Bağır Seyidzadə hansı vəzifədə çalışırsa-çalışsın, yazıb-yaratmağa meyilli olub. Xatirələrdən aydın olur ki, Bağır Seyidzadə hələ məktəbdə oxuyarkən, eləcə də tələbə olarkən divar qəzeti çıxarırdı. Bəlkə də hələ o vaxt ürəyindən jurnalist olmaq keçirdi.

Dilarə xanımın söylədiklərindən: “Atam AZƏRTAC-da direktor müavini vəzifəsinə 1963-cü ildə təyin olunmuşdu. Agentliyin rəhbəri Yefim Qurviç deyirdi ki, Bağır Seyidzadə tərcümənin pulemyotçusudur. Tərcümədə səlis və çevik idi. Atam agentlikdəki işindən, sözün əsl mənasında, zövq alırdı. Səhərə yaxın, saat 4-5-də evə qayıdanda daxilən işıq saçırdı. Gecələr ona zəng edən, daim nə isə soruşan cavanlar çox xoşuna gəlirdi. Sübh tezdən ona edilən zənglərə görə mən narahatlıq keçirərdim, o isə deyərdi ki, bu zənglər çox mühüm məsələlərlə bağlıdır. Onu da deyim ki, həmin dövrün bir çox görkəmli jurnalistləri – İsrafil Nəzərov, Xasay Vəzirov, Nəsir İmanquliyev atamla bir yerdə “Gənc işçi” qəzetində ilk addımlarını atmış, uzun illər birgə işləmiş, məslək dostu olmuş və sıx əməkdaşlıq etmişdilər. Cəmil Əlibəyov həmişə deyirdi ki, Bağır Seyidzadə mənim müəllimimdir. Atamın nəzərində jurnalistika çox məsuliyyət tələb edən bir peşə idi. Deyirdi ki, əsl jurnalist həm tarixçi, həm filosof, həm iqtisadçı, ən başlıcası isə insanpərvər olmalıdır. Atam xatirələrdə jurnalist və diplomat kimi qalıb. Vəzifə onun üçün önəmli deyildi. Hara göndərirdilər, orada vicdanla işləyirdi. Həyatda qarşılaşdığı bütün çətinlikləri dəf etməkdə atama daim yazması, redaktə və tərcümə ilə məşğul olması kömək edirdi. Azad ruhlu insan idi. Çoxşaxəli fəaliyyətinə baxmayaraq, ömrünün axırınadək qəlbən jurnalist olaraq qaldı. O, Azərinformda ömrünün son gününə qədər - 1968-ci il martın 24-dək işlədi”.

Bağır Seyidzadə övladlarının tərbiyəsinə böyük əhəmiyyət verirdi. O, Pestalotsiyə istinadən deyirdi ki, uşaqlarda təbiətin verdiyi, anadangəlmə keyfiyyətləri inkişaf etdirmək, zor işlətməmək, öyüd-nəsihətsiz, hay-küysüz keçinmək lazımdır. Dilarə xanımın söylədiklərindən: “Atam bizi tez-tez kinoya aparırdı, oxuduğumuz kitablar haqqında soruşurdu. Valideynlərimiz bizi həm sevir, həm də bilik qazanmağımız üçün tələbkarlıq göstərirdilər. Ailə səni sevə-sevə sənin gözlərinlə dünyaya baxır. Mənim uşaqlığımın xatirələri onunla bağlıdır ki, evimizdə valideynlərim arasında böyük sevgi, səmimiyyət, uşaqların tərbiyəsində çox böyük birlik var idi. Atam həmişə deyirdi ki, mənim dayağım mənim xanımımdır”.

Seyidzadələr ailəsində məhz belə idi…

Bağır Seyidzadənin jurnalist, diplomat, nazir, tərcüməçi ömrü yaşadığı dövrün mühitinə sığmayan dəyərli işləri özündə ehtiva edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib