Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Milli iqtisadiyyatımız üçün sürətli rəqəmsal transformasiya metodu: “Rəqəmsal Körfəz”

Milli iqtisadiyyatımız üçün sürətli rəqəmsal transformasiya metodu: “Rəqəmsal Körfəz”
İstanbul Universitetinin bakalavrı Nicat Muradzadə milli iqtisadiyyatımız üçün sürətli
rəqəmsal transformasiya metodu ilə bağlı məqaləsini oxucularla bölüşür

Bakı, 10 avqust, AZƏRTAC

Rəqəmsallaşma, əsasən pandemiya dövrünün məhdudlaşdırıcı mühitində geniş vüsət alaraq bəşər övladının yaşam tərzinə çevrilməklə, alternativlik fazasından məcburiyyət fazasına keçid edib. Dünyanın aparıcı iqtisadi beyin mərkəzlərinin postpandemiya dövrünün yeni iqtisadi çağırışlarına ayrı-ayrı biznes subyektlərinin və bütövlükdə dövlətlərin hazırlıqlarına dair dərc etdiyi məruzə və məqalələrə əsasən qlobal miqyasda rəqəmsallaşma tendensiyasının pik həddə çatdığını demək mümkündür. Rəqəmsallıq anlayışının heç bir halda sərhəd tanımadan istənilən şəraitdə fəaliyyət göstərə bilməsi, ənənəvi biznes proseslərini təkmilləşdirərək səmərəliliyi ciddi şəkildə artırması və əməliyyat xərclərini minimallaşdıraraq qənaətcilliyi şərtləndirməsi gələcəyin dünyasında onun bizim həyatımızın mərkəzində olacağını demək üçün ciddi əsaslar yaradır. Pandemiya səbəbindən artan xətt üzrə inkişaf edən lokallaşma meyillərinin fonunda dünyada yaranmış yeni situasiya, iqtisadiyyatlar üçün mənfəət nöqteyi-nəzərindən rəqəmsallaşmanın əhəmiyyətlilik dərəcəsini olduqca yüksəldir. AZƏRTAC İstanbul Universitetinin İdarəetmə fakültəsinin bakalavrı Nicat Muradzadənin məqaləsini təqdim edir.

Müqəddimədə qeyd etdiyim kimi rəqəmsal məhsulların sərhəd tanımaması mövcud vəziyyətdə onu istehsal edən texnologiya tutumlu iqtisadiyyatlar üçün əlverişli vəziyyətin yaranmasına imkan verir. Bu kontekstdə, respublikamızda da son illərdə məqsədyönlü addımlar atılaraq, milli iqtisadiyyatımızın rəqəmsallaşması istiqamətində olduqca innovativ layihələr reallaşdırılıb. Buna misal olaraq, dünya tarixində ilk dəfə 2018-ci ilin oktyabrında “Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransı: Elektron və Mobil Rezidentlik Proqramının Açılış Mərasimi”ndə, bir qeyri-rezidentə mobil imza – “ASAN İmza” təqdim edilməsi, eyni zamanda, Azərbaycanın Estoniyadan sonra xaricilərə e-rezidentlik təqdim edən ikinci ölkə olması göstərilə bilər. Bütün bu müsbət məqamların dünyada yaranmış mövcud iqtisadi-siyasi vəziyyətdə dinamik formada konseptuallaşaraq, sistemli xarakter alması üçün çox ciddi zərurət meydana gəlib.

Dünya təcrübəsinə əsasən, bu qəbildən olan təşəbbüslər üçün metodoloji yanaşmanın ayrı-ayrı ölkələr üzrə sosyo-iqtisadi vəziyyətə görə səciyyələndiyini və çeşidləndiyini demək mümkündür. Məsələn, Azərbaycanla ortaq SSRİ keçmişinə malik və təşəbbüskarlara informasiya texnologiyaları sahəsində təklif etdiyi əlverişli biznes mühitinə görə Avropanın “Silikon Vadisi” adlanan Estoniyada informasiya-kommunikasiya texnologiyaları sektorunun 4 milyard 200 milyon ABŞ dollarından bir qədər çox dövriyyəsi var. Sözügedən sferada əhalinin işqabiliyyətli seqmentinin 6 faizi, sayı 5000-ə yaxın olan özəl sahibkarlıq subyektlərində təmərküzləşərək fəaliyyət göstərir. Estoniyada 1996-cı ildən “Tiigrihüpe” proqramı çərçivəsində informasiya-kommunikasiya infrastrukturunun genişləndirilməsi, o cümlədən onun texnoloji cəhətlərinin məişət və cəmiyyət həyatına inteqrasiyası istiqamətində atılan addımlar ötən 24 ildə ölkə ÜDM-ni 6,5 dəfə artıraraq, 4 milyard 780 milyondan 31 milyard 390 milyona yüksəlməsinə rəvac verdi. Uzunmüddətli və intizamlı fəaliyyət, həmçinin qanunvericilik səviyyəsində təmin olunan ən müxtəlif təşviq vasitələri nəticə etibarilə 1,3 milyon əhalisi olan Estoniyanın, 23,524 dollar (2019, nominal) adambaşına düşən ÜDM göstəricisi ilə dünya sıralamasında qabaqcıl mövqedə yerləşməsinə şərait yaratdı. Yeri gəlmişkən qeyd etməliyəm ki, hazırda aylıq 300 milyon aktiv istifadəçisi olan “Skype” platformasının 5 qurucusundan 3-ü estoniyalıdır.

Rəqəmsallaşmanın stimullaşdırılmasında Estoniyanın total təşviq metodu ilə yanaşı, biznes klasterləri vasitəsilə spesifik regionlar üzrə prosesi inkişaf etdirən ölkələr də var. Buna ən yaxşı nümunə ABŞ-ın Kaliforniya ştatında yerləşən, “Apple”, “Facebook”, “Google”, “Netflix”, “Tesla”, “Twitter”, “Yahoo!”, “eBay”, “Cisco” və “Oracle” kimi məşhur nəhəng şirkətlərə ev sahibliyi edən “Silikon Vadisi” rəqəmsal klasteridir. Əsasən müdafiə sənayesi üzrə tədqiqatlar üçün nəzərdə tutulmuş sonradan Stanford Universitetinin təşəbbüsü ilə mülki tədqiqatlara da açılmış ərazi, ötən əsrin 70-ci illərindən etibarən informasiya-kommunikasiya texnologiyaları üzrə ixtisaslaşan şirkətlərin qərargahına çevrilib. ABŞ Ticarət Departamentinin İqtisadi Təhlil Bürosunun 2017-ci ildə Kaliforniya ştatı üzrə dərc etdiyi hesabata görə ştatın 3,2 trilyon dollar olan ümum daxili məhsulda 400-450 milyard dollarlıq İKT sektorunun payının əhəmiyyətli bir hissəsi, təkcə 2018-ci ildə 60 milyard dollardan bir qədər çox investisiya cəlb edən xüsusi zonanın hesabına formalaşır. Göstəricilər bir daha sübut edir ki, bu qəbildən olan zonaların xarici investisiya və təşəbbüskar cəlbetmə qabiliyyəti olduqca yüksəkdir.

Sözügedən metodun digər uğurlu örnəyi Hindistanın Karnataka ştatının paytaxtı Banqalor şəhəri hesab olunur. Həcm baxımından dünyanın 4-cü texnoloji klasteri olan şəhər 200 ali və orta mühəndislik məktəbi, o cümlədən 400-ə yaxın tədqiqat mərkəzi ilə araşdırma və inkişaf nöqteyi-nəzərindən regionun qabaqcıllarındandır. Nəzərə alsaq ki, ölkə ümum daxili məhsulunun 10 faizini təşkil edən rəqəmsal sektoru əksərən Banqalor özünün rəqəmsal məhsulları ilə təmin edir, o zaman bir metodoloji yanaşma kimi onun müvəffəqiyyəti inkaredilməzdir. Banqalor təcrübəsinin bənzəri qardaş Türkiyə Respublikasında “Bilişim Vadisi” adı ilə formalaşıb. Belə ki, hər iki ölkə, biznes inkubatoru adlanan mexanizmi proseslərə inteqrasiya etməklə, uğuru davamlılaşdırmağa hesablanmış addımlar atır. Türkiyənin İstanbul şəhərinin yaxınlığında yerləşən Qebze sənaye ərazisində qurulmuş “Bilişim Vadisi”ndə ən müxtəlif stimullaşdırıcı vasitələrlə informasiya-kommunikasiya texnologiyaları sektorunun şirkətləri təmərküzləşdirilməyə çalışılır. Bu cəhd özünün ilkin nəticəsini yerli elektrik avtomobil layihəsi olan “TOGG” markasının istehsalının məhz “Bilişim Vadisi”ndə start götürməsi ilə göstərdi. Orta dövr üçün xüsusi zonanın rezident sayının 5000 şirkətə çatacağı, 50 milyard dollarlıq dövriyyə və 100 min nəfərlik məşğulluq sahəsi yaradacağı qardaş ölkənin müvafiq orqanlarının dərc etdiyi hesabatlara əsasən gözləniləndir.

Azərbaycanda dövlət tərəfindən qeyri-neft sektorunun inkişafı çərçivəsində rəqəmsal sferada son dövrdə atılan addımlara əsasən demək mümkündür ki, dünya təcrübəsinin mütərəqqi cəhətlərinin respublikamızda tətbiqi üçün sağlam fundament formalaşdırılıb. Həmçinin keçmişdə reallaşdırılan layihələr onu göstərir ki, Azərbaycan doğru zamanda, doğru məhsulu satışa çıxarmaqla iqtisadi cəhətdən olduqca rasional hərəkət edir. Bu baxımdan, düşünülmüş neft strategiyaları sayəsində karbohidrogen ehtiyatlarını kommersiyalaşdıraraq “Azərbaycan möcüzəsi” adlanan iqtisadi tərəqqiyə nail olundu. Məhz iqtisadi vəziyyətə adekvat atılan addımların fonunda, 2006-cı ilin artım statistikasına görə məmləkətimiz 34,6 faizlə dünya birincisi oldu. Bu gün isə kommersiyalaşdırmaq üçün ən məqsədəuyğun olanlar, rəqəmsal və texnologiya tutumlu məhsullardır. Abşeron yarımadasında yaradılacaq “Rəqəmsal Körfəz”, yaxud “Digital Bay” adlı rəqəmsal biznes klasteri ölkəmizin əlavə dəyər yaratma potensialını maksimallaşdıraraq, iki kateqoriyada; həm daxili, həm də xarici aspektdən xeyli dividendlər gətirəcəkdir. Daxili cəhətdən “Rəqəmsal Körfəz”, milli intellektual kapitalın ən məhsuldar seqmentinin ölkə sərhədləri daxilində məşğulluğunun tam təminatına şərait yaradacaq, o cümlədən əcnəbi insan resursunun buraya axınına (beyin axını) rəvac verəcək. Həmçinin sahənin inkişafı üçün endemik şərait yaradıldığı halda, çoxsaylı iri vergiödəyicilərinin meydana çıxmağına səbəb olacaq. O cümlədən informatika sfreasında fəaliyyət göstərən yerli şirkətlərin məhsulları bəzi sahibkarlıq sahələri üzrə zəruri olan proqram təminatının xaricdən idxalını məhdudlaşdıraraq, həm Azərbaycan vətəndaşlarının bu və ya digər datasının xaricə ötürülməsinin və onun emal edilərək 3-cü tərəfə satılmasının qarşısını almaqla milli informasiya təhlükəsizliyimizə qarantiya verəcək, həm də satış sonrası rəqəmsal təmir-bərpa xidməti üçün xarici valyuta qismində ölkədən kənara olan ardıcıl ödənişləri minimallaşdıracaq. Bütövlükdə, yerli proqramlaşma daha az xərc tələb etdiyindən yerli sahibkarlar milli məhsulları satın alaraq onları biznes proseslərinə inteqrasiya etməyə meyillənəcəklər və şübhəsiz ki, bu hal isə Azərbaycandakı biznes ekosisteminin təkmilləşməsinə və ölkəmizin özəl sektorunun dünya miqyasında rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Ölkə daxilində fəaliyyət göstərən ali təhsil qurumları ilə koordinasiya nəticəsində sözügedən ərazi, sözün həqiqi mənasında, elmi-tədqiqat mərkəzinə çevrilərək, unikal bir institut kimi fəaliyyət göstərəcək. Bundan əlavə, dünyadakı rəqəmsal maliyyə trendləri nəzərə alındıqda, Azərbaycanın milli kriptovalyutasının istehsalı üçün münbit şərait məhz rəqəmsal klaster daxilində formalaşa bilər. Ən əsası, respublikamızın müdafiə qabiliyyətinin artırılmasında müstəsna rola malik olan yerli müdafiə sənayesinin rəqəmsal hissəsinin inkişaf etdirilməsi üçün yeni imkanlar yarana bilər. Rəqəmsallaşmanın sərhədlərinin olmadığını və istənilən şəraitdə fəaliyyət göstərə bildiyini nəzərə alsaq, o zaman onun ölkə üzrə bütün sektorlara sirayət etməsi milli iqtisadiyyatımızın ekzogen təsirlərə qarşı immunitetinin möhkəmlənməsini təmin edəcək.

Məsələyə böyük prizmadan baxdıqda Orta Asiya ölkələrinə də sirayət edən rəqəmsallaşma tendensiyasının ortaya çıxardığı tələbatı qarşılayacaq tək regional mərkəz Azərbaycan olacağından məhz bu amilin investisiya axınını sürətləndirəcəyi və respublikamızın MDB-nin “Silikon Vadisi” olmaq imkanını əldə etməklə, qlobal miqyasda qeyd edilən sahə üzrə olduqca üstün vəziyyətdə olacağı görünür. Rəqəmsal iqtisadi siyasətdə müstəqilləşməyimiz TAP və TANAP kimi meqalayihələrlə artıq beynəlxalq oyunçuya çevrilmiş Azərbaycanın mövqelərinin möhkəmlənməsinə xidmət edəcək. Həmçinin ölkəmizə xüsusi zona səbəbindən texnologiya tutumlu xarici investisiyaların artan xətt üzrə inkişafı milli iqtisadiyyatımız üçün strateji əhəmiyyət daşıyan diversifikasiya amilinin asanlıqla reallaşması üçün zəmin hazırlayacaq. Bundan əlavə, MDB məkanında regional bir rəqəmsal mərkəz kimi Bakıda sözügedən sahə üzrə keçiriləcək beynəlxalq konfrans və tədbirlər, ölkəmiz üçün biznes turizmi baxımından da yeni perspektivlər vəd edir.

Nəticə etibarilə, xüsusi klaster vasitəsilə səlahiyyətlilərlə biznes subyektlərinin münasibətlərinin qeyri-bürokratik çərçivədə qurulması davamlı tərəqqini stimullaşdıraraq Azərbaycan iqtisadiyyatının dinamik inkişafına əvəzolunmaz töhfə verəcək. Digər ölkələrin təcrübəsinə nəzər salındıqda qısa dövr ərzində çoxminlik məşğulluq sahələrinin və yüzlərlə şirkətin yaranmasının mümkünlüyü açıq-aşkar görünür. Bütün bu qeyd edilən faktorların vəhdəti sayəsində rəqəmsal sektor üzrə çoxmilyardlı dövriyyə yaratmaqla qeyri-neft sektorunun inkişafında çox ciddi irəliləyişə nail olmaq mümkündür. Belə olan halda, bir çox sahədə olduğu kimi rəqəmsal sferada da qabaqcıl ölkə olmaq üçün Azərbaycanın rəqəmsal biznes klasterinə ehtiyacı var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO