REGİONLAR


Masallıda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Masallı, 11 avqust, Bağır Əliyev, AZƏRTAC

Masallının “Gənclər Paytaxtı 2020” seçilməsilə əlaqədar rayonun gənclər və idman idarəsinin təşkil etdiyi “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə açıq rayon birinciliyinin qaliblərinə mükafatlar təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bilik yarışında Masallı rayonunun gənclərdən ibarət komandaları ilə yanaşı, Astara, Lerik, Cəlilabad və Biləsuvar rayonlarından olan gənclər də iştirak ediblər.

Masallı rayonunun gənclərdən ibarət “GAUNTLET” komandası 22 xal toplayaraq birinci, Lerik rayonunun “Stimul” komandası 21 xalla ikinci, Cəlilabad rayonunun “Cənab General” komandası 20 xalla üçüncü yerə layiq görülüblər.

Qalib komandaların üzvlərinə koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.