DÜNYA


Türkiyədən Livana yardım göndərilib

İstanbul, 12 avqust, AZƏRTAC

Türkiyədən Livana tibbi ləvazimatlardan ibarət yardım göndərilib.

AZƏRTAC xəbər verir ki, yardımın daşındığı Türkiyəyə məxsus hərbi karqo təyyarəsi Livanın paytaxtı Beyrut şəhərinə enib.

Xatırladaq ki, avqustun 8-də Türkiyənin vitse-prezidenti Fuat Oktay və Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təmsil olunduqları rəsmi heyətin Beyrut şəhərinə səfəri zamanı burada baş vermiş dəhşətli partlayışdan sonra Türkiyədən Livan xalqına hərtərəfli yardımın ediləcəyi bildirilib.

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və Qızıl Ay Cəmiyyətinin heyətləri fəlakət bölgəsinə yardım aparıb, orada səhra xəstəxanası qurub. Bundan başqa, bölgədə Türkiyəyə məxsus xilasedici dəstə, təcili tibbi yardım briqadası fəaliyyət göstərir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.