ELM VƏ TƏHSİL


Antarktidada iqlim dəyişikliyi səbəbindən pinqvinlərin tezliklə yoxa çıxacağı proqnozlaşdırılır

Bakı, 12 avqust, AZƏRTAC

Antarktidada yaşayan pinqvinlər iqlim dəyişikliyi səbəbindən yoxa çıxacaqlar.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, bunu okean tədqiqatçısı və müdafiəçisi Filip Kustonun nəvəsi Jak-İva Kusto bildirib. O deyib ki, bu il Antarktida üçün ən isti il olub, orada temperatur +20 dərəcəyə çatıb. Belə hava Kaliforniya üçün yaxşıdır, lakin Cənub Qütbü üçün yox. Pinqvinlər Antarktidadan tezliklə yoxa çıxacaqlar. Ola bilər ki, bir neçə növü Argentinada qalacaq, lakin Antarktidada yaşayanlar yox olacaq. Hazırda dəniz akvatoriyasının 6 faizi qorunur. Əgər qoruq yaradılarsa, Dünya okeanının 10 faizinin qorunmasına nail oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.