DÜNYA


Şəffaf “Xiaomi” televizoru təqdim edilib

Bakı, 12 avqust, AZƏRTAC

“Xiaomi” şirkəti yaradılmasının on illiyi münasibətilə “Mi TV Lux Transparent Edition” adlı şəffaf televizor təqdim edib.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, söhbət kütləvi istehsal mərhələsində olan tam şəffaf televizordan gedir. O, 5,7 millimetr qalınlığında 55 düym diaqonallı şəffaf “OLED” ekranla təchiz edilib. Bundan başqa, televizor 120 giqaherslik yüksək yeniləmə tezliyinə malikdir. Həmçinin panel 10 bitlik rəng dərinliyi və “DCI-P3” rəng qammasını 93 faiz əhatə etməsi ilə xarakterizə olunur. Ekranın reaksiya vaxtı 1 milli saniyə təşkil edir.

“MediaTek 9650” birkristallı sistemi ilə təchiz edilən qurğu “MEMC” və “Dolby Atmos” hərəkət kompensasiya texnologiyasını dəstəkləyir. Qiyməti 7100 dollar təşkil edəcək televizorun satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Qeyd edək ki, şəffaf televizorlar əvvəllər də nümayiş olunub. Belə ki, 2019-cu ildə “IFA” sərgisində “Panasonic”, 2017-ci ildə “LG”, 2016-cı ildə isə “Samsung” ilk belə qurğusunu nümayiş etdirib. Lakin hazırda söhbət ilk kommersiya istifadəsinə verilən qurğudan gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.