REGİONLAR
Şabranın kənd məktəbindən ordumuza dəstək
Şabran, 13 avqust, Elxan Yusifli, AZƏRTAC
Şabran rayon Padar kənd tam orta məktəbinin bağından yığılan fındıqdan əldə olunan gəlir Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müdafiəsi Fonduna köçürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin 50 sot fındıq bağı təhsil ocağının texniki işçiləri tərəfindən becərilir. Bununla yanaşı, bağın qorunmasına şagirdlər də xüsusi qayğı ilə yanaşır.
Hər il bağdan əldə olunan gəlir məktəbin abadlıq işlərinə sərf olunur. Həmin vəsait ilə məktəbin həyətində əlavə sinif otağı da tikilib. Bu il isə kollektivin təşəbbüsü ilə bağdan əldə oluna gəlir ordumuza dəstək üçün sərf olunub.
Məktəbin direktoru Akif Fərmanov bildirib ki, növbəti il fındıq bol olarsa, əldə olunan gəlirlə təhsil müəssisəsi üçün yeni idman zalının tikilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]