İDMAN


“Neftçi” öndə, “Qarabağ” bir addımlığında

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümü sayca 29-cu ölkə çempionatı olacaq.

AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, 1992-ci ildən keçirilən turnirin əvvəlki 28 mövsümündən ikisi yaz-payız, digərləri payız-yaz sistemi ilə keçirilib. Biri başa çatmayan 28 mövsümdə ümumilikdə 60 komanda oynayıb. Qarşıdakı mövsümdə debütant olmayacağından bu rəqəm dəyişməyəcək.

Altmış iştirakçıdan yalnız ikisi bütün çempionatlarda mübarizə aparıb. Bunlar “Neftçi” və “Qarabağ”dır. Ölkə çempionatları tarixinin ümumi cədvəlinə başçılıq edən bakılılar ötən mövsümün gedişində zirvəni əldən versə də, yenə Ağdam təmsilçisindən 1 xal öndə qərarlaşıblar. Üçüncü pillədə “Keşlə”, dördüncü sırada “Kəpəz”, beşinci yerdə isə “Turan” klubudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.