İDMAN


İngiltərə kuboku yarışlarının reqlamentində dəyişiklik edilib

Bakı, 14 avqust, AZƏRTAC

Futbol üzrə İngiltərə kuboku yarışlarının reqlamentində dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, yeni qaydaya əsasən, koronavirus pandemiyası fonunda təqvimdə yarana biləcək sıxlığı aradan qaldırmaq üçün 2020/2021-ci il mövsümündə heç-heçə başa çatan matçlar təkrarlanmayacaq. Qalib əlavə vaxtda və ya ehtiyac olarsa, penaltilər seriyasında müəyyənləşəcək.

Kubokun püşkatması sentyabrın 1-də olacaq. Final matçının 2021-ci il mayın 15-də “Uembli” stadionunda keçiriləcəyi planlaşdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.