ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin Rus Mərkəzi “Abay Kunanbayev-175” adlı onlayn görüş keçirib

Bakı, 14 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Rus Mərkəzi və Əl-Farabi Qazaxıstan Milli Universitetinin Rus Dili və Mədəniyyəti Mərkəzi ilə birlikdə türk dünyasının ortaq tarixi şəxsiyyəti Abay Kunanbayevin anadan olmasının 175 illik yubileyi çərçivəsində onlayn tədbir keçirib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Abay Kunanbayevin həyat və yaradıcılığından, qazax və türk dünyası ədəbiyyatındakı rolundan bəhs edilib, ədibin irsinin təbliği istiqamətində görülən işlərdən danışılıb. Vurğulanıb ki, TÜRKSOY tərəfindən türkdilli xalqların ortaq mədəniyyətlərinin, ədəbiyyatlarının, eləcə də tarixi şəxsiyyətlərinin tanıdılmasına xidmət etmək məqsədilə 2020-ci il türk dünyasında “Abay Kunanbayev ili” elan edilib, həmçinin Beynəlxalq Türk Akademiyasının və UNESCO-nun birgə tədbirlər planı çərçivəsində ədibin yubileyinin beynəlxalq miqyasda qeyd edilməsi nəzərdə tutulur.

Tədbirin sonunda BDU-nun Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, bu tip görüşlərin gənc nəslin maariflənməsində böyük rol oynadığını söyləyib.

Onlayn tədbirin tərəfdaşları Bakı Dövlət Universiteti, Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin Qazaxıstan Respublikasındakı nümayəndəliyi, Rusiya Federasiyasının Almatıdakı Baş Konsulluğu, Namangan Dövlət Universitetidir.

Qeyd edək ki, BDU-nun Qazax Dili, Tarixi və Mədəniyyəti Mərkəzi Abayın “Düzəliş sözləri”, “İskəndər”, “Masqut”, “Əzim əfsanəsi” əsərlərini qazax dilindən Azərbaycan dilinə tərcümə edib. “Abay”, “Abayın yaradıcılıq yolu” kitabları Azərbaycanda ali təhsilin tədris prosesində istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.