REGİONLAR


İyul təxribatı zamanı mənfur düşmən öz acizliyini bir daha dərk etdi

Cəlilabad, 14 avqust, Bağır Əliyev, AZƏRTAC

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən hərbi cinayətlər nəticəsində insan hüquqları, habelə beynəlxalq humanitar hüquq sahəsində mövcud olan beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının müddəaları kobud şəkildə pozulub. Çox təəssüflər olsun ki, bu cinayətlər dünya birliyinin gözü qarşısında hələ də davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Düşmənə qarşı səmərəli informasiya müharibəsinin aparılmasında ictimaiyyətin rolu” mövzusunda onlayn formatda keçirilən regional tədbirdə səsləndirilib.

Tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Peşə Təhsili üzrə Dövlət Agentliyi Cəlilabad Peşə Liseyinin direktoru Etibar Sadıqov və başqaları çıxış ediblər. Çıxışçılar işğalçı Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq atəşkəs rejimini pozaraq ölkəmizin mövqelərini, o cümlədən dinc mülki əhalinin yaşayış yerlərini davamlı olaraq atəşə tutmasının həm hərbi qulluqçular, həm də mülki əhali arasında ölüm və yaralanma hallarının baş verməsinə səbəb olduğu bildiriblər. Öz məkrli, təcavüzkar və işğalçı siyasətindən əl çəkməyən Ermənistan yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunmuş hazırkı pandemiya dövründə də müxtəlif istiqamətlər üzrə atəşkəs rejimini pozmaqla tələfatla nəticələnən təxribatçı hərəkətlərini davam etdirir.

Diqqətə çatdırılıb ki, düşmən iyulun 12-də atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə ölkəmizin Ermənistanla sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə atəşə tutaraq hücuma cəhd göstərib. Ancaq, şanlı Azərbaycan ordusunun layiqli cavab zərbəsi ilə düşmənin hücumu layiqincə cavblandırılıb, çoxsaylı canlı qüvvə və hərbi texnikası məhv edilib. Öz acizliyini növbəti dəfə dərk edən ermənilər dövlətimizə qarşı informasiya müharibəsi aparmağa başlayıb. Ermənilərin təsiri altında olan təşkilatlar da beynəlxalq ictimai rəydə Azərbaycanla bağlı mənfi rəy formalaşdırmağa çalışırlar.

İyul təxribatı zamanı siyasi-iqtisadi, hərbi-texniki sahədə olduğu kimi, informasiya və kommunikasiya texnologiyalarının inkişafı, milli informasiya təhlükəsizliyi strategiyasının yaradılması və informasiya müharibəsinin aparılmasında da mənfur düşmən öz acizliyini bir daha dərk etmiş oldu.

Onlayn tədbir müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.