Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Hər böhranın ortasında böyük bir fürsət var

Hər böhranın ortasında böyük bir fürsət var

İstanbul Universitetinin bakalavrı Nicat Muradzadə biznes subyektlərinin onlayn ticarətə keçidi ilə bağlı məqaləsini oxucularla bölüşür

Bakı, 31 avqust, AZƏRTAC

Koronavirusa yoluxma tendensiyasının dünyadakı son artış trendi pandemiyanın yeni fazaya qədəm qoyduğunu deməyə əsas yaradır. Müxtəlif peyvənd xəbərləri mətbuatda dövr etsə də, mötəbər təşkilatlar hələ bir müddət də virusun həyatımızın tərkib hissəsi olacağına dair proqnozlar verir. Bu hal isə “2-ci və 3-cü dalğa” adlanan yeni mərhələlərin fonunda məhdudlaşdırıcı tədbirlərin davam edəcəyini göstərir. Bu baxımdan, biznes ekosistemini istənilən üsul və vasitə ilə robustlaşdırmaqla, yaxın gələcəkdəki itkiləri minimallaşdırmaq, habelə informasiya kommunikasiya texnologiyalarının prosesə inteqrasiyası ilə biznes subyetklərini dayanıqlı formaya gətirərək, onların vəziyyətə reaksiya potensialını adekvatlaşdırmaq mümkündür. AZƏRTAC İstanbul Universitetinin İdarəetmə fakültəsinin bakalavrı Nicat Muradzadənin məqaləsini təqdim edir.

Pandemiya dövründəki müşahidələrə əsasən deyilə bilər ki, iqtisadi dövriyyənin minimallaşması nəticə etibarı ilə ən çox kiçik və orta sahibkarlıq subyektlərinə zərər verir. Bu subyektlərin sırasında geyim ticarəti ilə məşğul olanlar üçün vəziyyət heç də ürəkaçan deyil. Şübhəsiz ki, 6 aydır davam edən karantin rejimi səbəbindən bütün sferalarda fəaliyyət göstərən müəssisələr bu və ya digər formada təsirlənirlər. Rəqəmlərlə ifadə etsək, koronavirusa görə Azərbaycan iqtisadiyyatı hər gün təqribən 120-150 milyon manat itirir. Lakin geyim sektorunun spesifikliyi, onun əsasən mövsümi məhsullar üzərində öz fəaliyyətini qurması, müəyyən istehlakçı seqmentinə xitab etməsi, əmtəə alğısında əvəzetmə prinsipinin mövcudluğu bu sahəyə əlahiddə diqqəti tələb edir.

Dünyada geniş vüsət alan elektron ticarətin geyim sektoruna da sirayət etməsi perspektivdə yeni fürsətlər yaradır. Başqa sözlə, insanlar artıq heç bir fiziki mağazaya müraciət etmədən asanlıqla istədikləri məhsulu internet satış platformaları üzərindən satın alma imkanına malikdirlər. Bu nöqteyi-nəzərdən, online ticarət vərdişi olan cəmiyyətlərdə, pandemiyanın biznes ekosisteminə, xüsusilə geyim ticarəti kateqoriyasına təsirlərini müəyyən mənada neytrallaşdırmaq daha asan oldu. Nəzərə alsaq ki, son dövrlərdə Türkiyədə yerləşən “e-ticarət” platformalarından satınalma dövriyyəsində Azərbaycandan olan istehlakçılar payı nəzərəçarpacaq dərəcədə yüksəlib, o zaman artıq azərbaycanlı istehlakçılarda da qeyd etdiyim, onlayn alqı-satqı vərdişlərinin müəyyən mənada formalaşdığını demək üçün ciddi əsaslar yaranır. Nazirlər Kabinetinin qərarı ilə sözügedən qəbildən olan məhsullara müəyyən limitin tətbiqinə başlanılması isə ölkə daxilində bu sferada tamamilə yeni situasiyanı bərqərar etmişdir. Bu addım yerli platformaların meydana çıxması üçün kifayət qədər münbit zəminin şərtlənməsinə səbəb oldu. Lakin mövcud vəziyyətdə, real sektorun imkanları və baxış bucağı nəzərə alındıqda, dövlətin bura müdaxiləsinin zərurəti açıq-aşkar görünür.

İqtisadiyyat ziddiyyətlər və fürsətlər toplusu, iqtisad elmi isə bu maneələr arasından ümumi maraqlara xidmət edən ən optimal variant seçmə sənətidir. Azərbaycanın geyim sektorunun bugünkü vəziyyəti, pandemiyanın qeyri-müəyyənliyi və dayanıqlı onlayn satış platformasının mövcud olmaması kimi faktorlar, yuxarıda qeyd etdiyim kimi dövlətin müdaxiləsini zəruriləşdirir. Burada müdaxilə dedikdə, maddi-texniki onlayn infrastrukturun, o cümlədən logistika şəbəkəsinin yaradılması və onun inzibatçılığı kimi proseslərin idarəedilməsi nəzərdə tutulur. Bu halda, Kiçik və Orta biznesin inkişafı Agentliyinin qəyyumluğunda yaradılacaq onlayn satış platforması ilkin dövrdə geyim sektorunu əhatə etməklə, alıcılarla satıcılar arasında şərti bir mağaza rolunu oynaya bilər. Qardaş Türkiyə təcrübəsinə əsasən deyilə bilər ki, bu qəbildən olan platformaların fəaliyyəti məhz təklif artıqlığının mövcud olduğu mühitdə geniş vüsət alır. Karantin rejiminin fonunda geyim satışının minimallaşdığını və əksər mağazaların anbarlarının dolu olduğunu nəzərə alsaq, ölkəmizdə də qardaş ölkədə olduğu kimi “e-ticarət” tendesiyasının yayğınlaşacağını demək mümkündür.

Respublikamızda platformanın bütün təşkilati, logistika və ödəmə məsələləri KOBİA tərəfindən həll edilərsə və bu platformanın biznes əməliyyatları bütövlükdə, “Ümumi Keyfiyyət İdarəetməsi” prinsipləri əsasında formalaşdırılarsa, orta dövrdə həm azərbaycanlı sahibkarların böhrandan qazanclı çıxması təmin edilə, həm də Azərbaycanda rəqəmsallaşmanın inkişafına çox ciddi töhfə verilə bilər. Növbəti mərhələdə isə bu platformanın əhatə dairəsi gündəlik tələbat məhsullarına qədər genişləndirilə bilər. Türkiyədə bunun bir çox uğurlu nümunəsi mövcuddur.

İstənilən halda, koronavirusun hələ uzun müddət özünün neqativ təsirləri ilə həyatımızın tərkib hissəsi olacağı aşkardır. Onun yaradacağı böhran və kataklizmlər isə müasir dövrdə bəşər övladının ən vacib sınaqlarından hesab edilə bilər. Albert Eynşteyn “Hər böhranın ortasında böyük bir fürsət var” dedikdə, zənnimcə, bu tip situasiyaları nəzərdə tutub. Bu baxımdan, ölkəmizin geyim sektorunda yaranmış böhranı fürsətə çevirmək üçün onlayn satış platformasının yaradılması proseslərin müsbət istiqamətdə inkişafına rəvac verə bilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb