İDMAN


AMADA velosipedçilər üçün antidopinq haqqında maarifləndirici seminar keçirib

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil şöbəsinin əməkdaşları Azərbaycan Velosiped İdmanı Federasiyasında idmançılar üçün antidopinq haqqında maarifləndirici seminar keçiriblər.

AZƏRTAC xəbər verir ki, tədbir zamanı iştirakçılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, terapevtik istifadə üçün istisnalar, məkan və digər məsələlər haqqında məlumat verilib.

Daha sonra idmançılar sual-cavab sessiyasında antidopinq sahəsindəki biliklərini yoxlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.