CƏMİYYƏT


Sinoptiklər xəbərdarlıq edirlər...

Bakı, 18 sentyabr, AZƏRTAC 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u gündüzdən sentyabrın 20-si səhərədək şimal-qərb küləyinin qısa müddətə saniyədə 15-20, arabir 23-28 metrədək güclənəcəyi gözlənilir.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 19-da Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20, arabir 25-30, bəzi Kür vadisi rayonlarda arabir 35 metr/saniyəyədək güclənəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Çaylarda sululuğun artacağı ehtimalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.