MƏDƏNİYYƏT


“Arşın mal alan” musiqili komediyası Bolqarıstanda nümayiş ediləcək

Bakı, 18 sentyabr, AZƏRTAC 

Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində “Kadriye Latifova” Musiqili Teatrında dahi bəstəkarın “Arşın mal alan” musiqili komediyası tamaşaya hazırlanıb.

AZƏRTAC xəbər verir ki, səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru - Hafiz Quliyev, rəssamı -Tomiana Tomova Naçevadır.

Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.