CƏMİYYƏT


Atasının avtomobilini qaçırmış şəxs polis əməkdaşları tərəfindən yaxalanıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edən R.Quliyev sentyabrın 17-də rayon ərazisindən “Renault” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsi R.Quliyevin oğlunun idarə etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.