ELM VƏ TƏHSİL


UNEC-də distant tədris daha da təkmilləşdirilib

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) cari semestrdə distant tədrisin təşkili daha da təkmilləşdirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, distant dərslər 60 dəqiqə nəzərdə tutulur. Dərsdən sonra isə müəllimlər tərəfindən hər dərs üçün 30 dəqiqə məsləhət saatları keçirilir. Bakalavrın biliyinin qiymətləndirilməsi 100 bal üzrərindən 20+30+50 modelində həyata keçiriləcək. Burada 20 bal tələbənin aktivliyi, 30 bal qrup layihəsi və 50 bal isə imtahan qiymətinə aiddir. Qiymətləndirmə magistratura və TUDİFAK istisna olmaqla, bütün fakültələrdə tətbiq ediləcək. Tələbələrin davamiyyəti isə sərbəst olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.