DÜNYA


Ukrayna paytaxtında cinayətkarlıq 30 faiz azalıb

Kiyev, 18 sentyabr, AZƏRTAC

2020-ci ilin yanvar-avqust aylarında Kiyevdə cinayətkarlığın səviyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu rəqəmlər “RBK-Ukraina” agentliyinin sorğusuna Ukrayna Milli Polisinin Kiyev üzrə Baş İdarəsinin cavabında əks olunur.

Baş İdarənin məlumatında göstərilir ki, 2020-ci ilin əvvəlindən avqustun sonuna qədər Ukrayna paytaxtında 25.416 cinayət faktı qeydə alınıb. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 11.489 hadisə və ya 31,1 faiz azdır.

Məlumatda həmçinin qeyd edilir ki, 2020-ci ilin əvvəlindən Kiyevdə 9.592 ağır cinayət qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrünə aid göstərici ilə müqayisədə 25 faiz azdır.

Cari ildə qeydə alınmış 8.583 cinayət, yəni orta hesabla hər üç cinayətdən biri açılıb.

Rüstəm Məmmədov,

AZƏRTAC

Kiyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.