REGİONLAR


Bərdədə şahmat və tir atıcılığı yarışlarının qalibləri mükafatlandırılıb

Bərdə, 19 sentyabr, AZƏRTAC

Bərdədə şahmat üzrə “Könüllülər kuboku”nun və bu ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbi qulluqçuların xatirəsinə həsr edilmiş tir atıcılığı üzrə turnirin qalibləri mükafatlandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, bu siyasətin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməsindən danışıb.

Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli ölkəmizdə geniş vüsət alan könüllülər hərəkatından, gənclərin Vətən sevgisindən, Vətənə bağlılığından bəhs edib.

YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Məmmədov, Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxışlarında gənclərin cəmiyyətimizdə aparıcı rolundan söz açıblar.

Tədbirdə qaliblərə diplom və hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.