SİYASƏT


Misir portalı Ermənistanın terror təşkilatları ilə əməkdaşlığından yazıb

Qahirə, 20 sentyabr, AZƏRTAC

Misirin “Cairo.24” informasiya portalı Ermənistanın terror təşkilatları ilə əməkdaşlığından bəhs edən “Uğursuz hökumətlər terrorçu ünsürlərdən istifadə edirlər” sərlövhəli geniş məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Cənubi Qafqaz regionunun dünyanın geosiyasi xəritəsində əhəmiyyəti vurğulanır, burada cərəyan edən ən mürəkkəb proseslərin isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində getdiyi diqqətə çatdırılır. Qeyd olunur ki, problemin mahiyyəti BMT-nin və İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın işğal etdiyi torpaqlarla bağlı sənədlərində öz əksini tapıb. Münaqişənin yüksək beynəlxalq səviyyədə nizama salınması istiqamətində səylər isə işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi səbəbindən nəticə vermir. Mövcud vəziyyət Ermənistanın təcavüzkar və ekspansionist siyasəti davam etdirməsi ilə daha da mürəkkəbləşir.

Məqalədə bildirilir ki, artıq Ermənistan əsas bazası Beyrutda yerləşən ASALA terror təşkilatının, həmçinin Suriya və İraqdakı PKK və YPG terrorçularının səfərbər edilməsinə başlayıb. İşğalçı dövlət onlardan Azərbaycana qarşı hərbi təxribatlarda istifadə etməyi planlaşdırır.

Rusiyanın da Ermənistana xeyli silah göndərdiyi qeyd olunan məqalədə vurğulanır ki, Ermənistan hökumətinin terrorçu qruplaşmalarla birlikdə törədə biləcəyi hərbi təxribatlar bütün region üçün ağır fəsadlara səbəb ola bilər.

Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq mümkündür.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.