MƏDƏNİYYƏT


Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunan III Beynəlxalq Vokalistlər Müsabiqəsinə start verilib

Kiyev, 21 sentyabr, AZƏRTAC

Dekabrın 3-6-da Ukraynanın Truskavets şəhərində keçiriləcək dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan III Beynəlxalq Vokalistlər Müsabiqəsinin seçim mərhələsi start verilib.

AZƏRTAC xəbər verir ki, müsabiqə Truskavets şəhər meriyası, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Azərbaycanın Ukraynadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir. Müsabiqədə 16-40 yaş arası peşəkar müğənnilər iştirak edə bilər. İştirakçılar noyabrın 15-dək onlayn müsabiqədə iştirak edəcəklər. Daha sonra dekabrın 3-6-da müsabiqə iştirakçılarının qalibləri münsiflər heyəti tərəfindən seçiləcək. Qaliblər pul və bahalı hədiyyələrlə mükafatlandırılacaq.

Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov bildirib ki, bu cür müsabiqələrin keçirilməsi yeni istedadların üzə çıxarılması üçün önəmlidir. Müslüm Maqomayevin sənəti, istedadı sərhəd tanımadığı üçün onun işığına yığışanlar qürur hissi ilə beynəlxalq tədbirlərdə iştirak edirlər.

Qeyd edək ki, müsabiqənin media tərəfdaşları arasında AZƏRTAC da var.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.