REGİONLAR
Şəkinin üzüm bağlarından 2 min tondan çox məhsul yığılıb
Şəki, 21 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında üzüm yığımı davam edir. Hələlik bağlardan əsasən süfrə üzüm sortları tədarük olunur. Hazırda rayonda 307 hektar bar verən üzüm bağı var. Məhsul istehsalçıları indiyədək 164 hektar bağın məhsulunu yığıb, 2120 ton üzüm tədarük ediblər. İstehsal olunan məhsul satış üçün əsasən daxili bazarlara göndərilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumdan bildirilib ki, builki mövsümdə Şəkinin üzüm bağlarından 4,2 min tondan çox məhsul yığılması proqnozlaşdırılır. Xatırladaq ki, ötən il rayonda 4197 ton üzüm istehsal olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]