REGİONLAR
Ədliyyə orqanlarında qulluğa qəbul aşkarlıq və şəffaflıq prinsiplərinə uyğun həyata keçirilir
Naxçıvan, 21 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində yerli icra və probasiya şöbə və bölmələrinin vakant ədliyyə qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərin andiçmə mərasimi olub.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərasimdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, baş ədliyyə müşaviri Daşqın Rəhimov çıxış edərək ədliyyə sistemində müasir tələblərə cavab verən dövlət idarəetmə mexanizminin formalaşdığını, ədliyyə orqanlarına qulluğa qəbulun aşkarlıq və şəffaflıq prinsiplərinə uyğun həyata keçirildiyini bildirib.
Sonra yaradılan şəraitə görə minnətdarlıqlarını bildirən gənc ədliyyə qulluqçuları Azərbaycan Respublikasının Dövlət Bayrağının önündə and içib və andın mətnini imzalayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]