REGİONLAR


Lənkəran, Astara və Lerik rayonlarında pandemiyadan zərər çəkmiş aztəminatlı ailələrə dəstək göstərilib

Lənkəran, 21 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran, Astara və Lerik rayonlarında pandemiyadan zərər çəkmiş 6 aztəminatlı ailəyə aqroturizmin inkişaf etdirilməsi və bu istiqamətdə əlavə gəlirlərin əldə edilməsini stimullaşdırmaq məqsədilə dəstək göstərilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Şəfəq” Ekoturizm İctimai Birliyinin həyata keçirdiyi COVID-19 pandemiyasından zərər çəkmiş aztəminatlı ailələr və iş yerlərini itirmiş vətəndaşlar arasında aqroturizmin təşviqi” layihəsi çərçivəsində aztəminatlı ailələrdən olan 5 nəfərin tələb və istəklərinə uyğun arı pətəkləri, bal çərçivəsi və Lerik rayonunda yaşayan 1 nəfərə isə toxuculuq üçün mini dəzgah, rəngli yun saplar və sadə saplar, o cümlədən toxuculuq üçün zəruri alətlər verilib.

Layihə çərçivəsində istehsal təyinatlı bu avadanlıqlar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfdaşlığı ilə vətəndaşlara birbaşa yaşadıqları ünvanlarda təqdim edilib.

Bu ailələr yuxarıda adları qeyd olunan rayonların aqroturizm üçün geniş imkanlara malik olan kəndlərindəndir və onların müraciətləri əsasında əvvəlcədən müəyyənləşdirilib. Onlar üçün layihə çərçivəsində təşkilat tərəfindən fərdi qaydada məsləhət xidmətləri təşkil edilib, tövsiyələr verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.