DÜNYA


Qazaxıstanlı alim 13 aylıq təqvim hazırlayıb

Nur-Sultan, 23 sentyabr, AZƏRTAC

Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı və Qazaxıstanın Milli Akademik Kitabxanasının dəstəyi ilə kosmik, yəni əbədi, sabit təqvimə həsr olunmuş "Qlobal kəşf" konfransı keçirilib.

Müəllifi akademik Saylıbay Bekbulatov olan yeni təqvimlə ənənəvi Qriqorian təqvimi arasındakı əsas fərq 13 ayın olmasıdır.

AZƏRTAC xəbər verir ki, akademikin uzun müddət tədqiq etdiyi “təqvim” qədim türk dövri təqvimi əsasında hazırlanıb.

Konfransda professor Adil Axmetov bildirib ki, 1923-cü ildə Cenevrədə Millətlər Birliyinin toplantısında təqvim islahatı ilə bağlı xüsusi beynəlxalq komitə yaradılmasına qərar verildi. O vaxtdan 400 təqvim layihəsi təqdim edilsə də, heç biri qəbul olunmayıb. Bu gün biz 401-ci layihəni təqdim edəcəyik. Bu, dünya miqyasında daimi, dəyişməz bir təqvimdir.

Qeyd edək ki, bu təqvimdə hər ay 28 gündür. Eyni zamanda, il mart ayından başlayır. Mart ayı 1-dən deyil, sıfırdan başlayır.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.