DÜNYA


Türkiyədə koronavirusa gündəlik yoluxma və ölüm halında artım davam edir

Ankara, 23 sentyabr, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına gündəlik yoluxma və ölüm hallarında ciddi artım davam etməkdədir.

AZƏRTAC Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, sentyabrın 23-də ölkə üzrə 112 min 102 nəfər koronavirus testindən keçirilib. Onlardan 1767-si xəstə çıxıb. Sutka ərzində 1027 nəfər sağalıb, 72 xəstə dünyasını dəyişib. İndiyədək infeksiyadan ölənlərin sayı 7 min 711-ə çatıb. Bu vaxtadək koronavirusa 308 min 69 nəfər yoluxub. Hazırda 1561 xəstənin vəziyyəti ağırdır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.