DÜNYA


Yaponiyada dünyanın ən balaca Rubik kubu təqdim edilib

Tokio, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də dünyanın ən balaca Rubik kubu (Kubik Rubik) həmin altıguşəli tapmacanın Yaponiyada satışa çıxarılmasının 40-cı ildönümü ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, hər bir tərəfi 9,9 millimetr ölçüdə olan alüminium kub bu məşhur üçölçülü tapmacanın 1980-ci ildə Yaponiyada satışa çıxarılması ilə əlaqədar təşkil edilən sərgi ərəfəsində nümayiş olunub.

Sərgidə həmin tapmacanın müəllifi, macarıstanlı heykəltəraş və memar Erno Rubikin şərəfinə 1600 Rubik kubundan düzəldilmiş mozaika da təqdim edilir.

Dünyanın ən balaca Rubik kubunun Yaponiyanın məşhur oyuncaq istehsalçı şirkəti “Bandai Namco Holdings Inc.”in “Mega House Corp.” şöbəsi ilə metal istehsalı sahəsində tanınmış “Iriso Seimitsu Co.” şirkəti tərəfindən birlikdə hazırlanıb. Onun pərakəndə satış qiyməti 198 min yen (təqribən 1880 dollar) olacaq.

“Mega House Corp.” şirkətinin prezidenti Hiroşi Sakakibara bildirib ki, bu kubun düzəldilməsində məqsəd yeni yanaşma və layihələrlə onun imkanlarını daha da genişləndirməkdir.

Əlavə olaraq qeyd edək ki, Rubik kubunun Yaponiyada satışa çıxarıldığı ilk ildə ölkədə bu kubdan 4 milyon ədəd satılıb.

Macarıstanın Yaponiyadakı səfirliyinin iştirakı ilə Tokionun Minato-ku rayonunda təşkil olunan sərgi noyabrın 9-dək davam edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.