DÜNYA


Vyanada kafe və restoranlarda bütün müştərilər icbari şəkildə siyahıya alınacaqlar

Vyana, 24 sentyabr, AZƏRTAC

Vyanada bütün qastronomiya obyektlərində müştərilər koronavirus pandemiyası ilə əlaqədar icbari şəkildə siyahıya alınacaqlar.

AZƏRTAC xəbər verir ki, şəhər meriyasının sərəncamına əsasən siyahıyaalma sentyabrın 28-dən qüvvəyə minəcək. Meriyadan bildirilib ki, bu yolla koronavirusa yoluxma hallarının erkən müəyyənləşməsi və yoluxmuş şəxslərin sosial çevrəsinin təcrid edilməsi asanlaşacaq.

Vyana şəhərinin meri Mixael Ludviq qeyd edib ki, kafe və restoranların girişində müştərilər xüsusi anketdə şəxsi məlumatlarını yazmalıdırlar. Bundan imtina edənlərə xidmət göstərilməsi qadağan ediləcək. Dörd həftəlik müddətdən sonra şəxsi məlumatların əks olunduğu anketlər məhv edilməlidir.

Müxalifət partiyaları isə meriyanın bu addımını tənqid atəşinə tutublar və bu kimi siyahılarda saxta adlardan, eləcə də başqasının adından istifadə kimi sui-istifadə hallarının mümkünlüyünə diqqət çəkiblər. Eyni zamanda, qeyd edilib ki, hər bir vətəndaşın hansı kafe və restorana getməsini izləmək insan hüquq və azadlıqlarının məhdudlaşdırılması aktıdır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.