İQTİSADİYYAT


“Azəriqaz”: borclu istixana sahiblərinin ödənişlərində irəliləyişlər var

Bakı, 25 sentyabr, AZƏRTAC

Təbii qaza görə borcu olan istixana sahiblərinin ödənişlərində irəliləyişlər hiss olunmaqdadır.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, cari il üzrə istixana fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün növbəti isitmə mövsümünün yaxınlaşmasına az müddət qalır. Bu ərəfədə borclu istixana sahiblərinin ödənişlərində irəliləyişlər hiss olunmaqdadır. Hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində fəaliyyət göstərən 227 istixana sahibkarlıq subyektinin istifadə edilən qaza görə ödənişləri 92,3 faiz təşkil edir. Şəmkir Regional Qaz İstismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 210 istixana sahibkarlıq subyektinin ödənişləri 67,1 faizdir. Salyan Regional Qaz İstismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 254 istixana sahibkarlıq subyektinin ödənişləri 89,6 faiz təşkil edir. Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 85,1 faizə bərabərdir.

Qeyd edək ki, pandemiya dövründə yaranmış borcun hissə-hissə ödənilməsi üçün bəzi sahibkarlar tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə müraciətlər daxil olmaqdadır. Ölkədə sahibkarlığın inkişafına göstərilən diqqətə dəstək olaraq birlik də bu kimi məsələlərin qarşılıqlı şəkildə həllinə önəm verir. Belə ki, borclu istixana sahibləri ilə debitor borcun ödənilməsi haqqında “Razılaşma protokolu” tərtib olunaraq cari istehlakla bərabər ötən isitmə mövsümü ərzində yaranmış borcun hissə-hissə ödənilməsinə mümkün şərait yaradılır. Bu kimi qarşılıqlı anlaşma üçün müraciət edən sahibkarlara Bakı şəhəri üzrə "Rəvan-Turan" MMC, "AS AQRO CO" MMC və sair, Şəmkir bölgəsi üzrə sahibkarlar Ələkbərov Dilqəm, Əliyev Hafiz, Musayeva Nigar, Quliyeva Aida və başqalarını, Salyan bölgəsi üzrə Dostəliyev Natiq və Əliyev Səxavəti göstərmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.