İDMAN
Azərbaycan Əlillər Futbolu Federasiyasına yeni prezident seçilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) onlayn konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Sahə Futbol Federasiyaları İctimai Birliyinin (SFFİB) prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov, AFFA baş katibinin müavini Sərxan Hacıyev, Əlillər Futbolu Federasiyasının icraçı direktoru, eşitməqüsurlu futbolçulardan ibarət milli komandanın baş məşqçisi Elşad İbrahimli və digər şəxslər iştirak ediblər.
Konfransda əvvəlcə Əlillər Futbolu Federasiyasının sabiq prezidenti mərhum Şaiq Həmidovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra ötən müddətdə federasiya tərəfindən görülmüş işlər barədə hesabat verilib.
Konfransda Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Elşad İbrahimli səsvermə nəticəsində federasiyanın prezidenti seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [17:49]
İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub
- 20.04.2024 [17:31]
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub
- 20.04.2024 [16:57]
Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib
- 20.04.2024 [15:19]
Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər
- 20.04.2024 [14:45]
Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
- 20.04.2024 [14:07]
Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb
- 20.04.2024 [12:39]