CƏMİYYƏT


Apiterapiya təbii müalicə üsullarından biridir

Bakı, 25 sentyabr, AZƏRTAC

Qədim dövrlərdən etibarən unikal xassələrə malik olan bal və arı zəhərindən bir sıra xəstəliklərin müalicəsi zamanı istifadə edilib. Ona görə də alimlər arı məhsullarının kimyəvi tərkibini öyrəniblər və beləliklə də apiterapiyada geniş imkanlar açılıb.

Elmi cəhətdən müalicə metodu olan apiterapiya istifadə üçün müəyyən edilmiş yüksək göstəricilərə malikdir. Həkim-fitoterapevt Elnur Eldaroğlu bu barədə AZƏRTAC-a məlumat verərək deyib: “Apiterapiya alternativ tibb və ya təbii üsullardan biridir. Apiterapiya, yəni arı və arı məhsulları ilə müalicə deməkdir. Bal, propolis, mum güvəsi, çiçək tozu, güləm, arı südü, arının ölüsü (xitozan) və s. arı məhsulları sayılır. Arının zəhərindən, arı yeşiyinin havasından tutmuş arının ölüsünə qədər hər şey müalicə vasitəsi kimi tətbiq olunur”.

Bal ən məşhur arı məhsuludur, ondan müntəzəm istifadə sinir sistemini sakitləşdirir, orqanizmə güc verir və həzm sisteminin işinə faydalı təsir göstərir. Həkim-fitoterapevt qeyd edib ki, balın müxtəlif növləri və hər növün özəlliyi var. Arılar propolisi çiçək tozunun tumurcuqlarından yığır və yuvalarının ətrafına döşəyərək özlərini bakteriyalardan qoruyurlar. Bu, onu göstərir ki, həmin məhsuldan antibakterial vasitə kimi istifadə etmək olar.

Apiterapiya üsulları ilə şəfa tapan xəstələrin sayı ildən-ilə artır. Son vaxtlar tibb elmi apiterapiya vasitəsilə öhdəsindən gəlməyin mümkün olduğu bir sıra xəstəlikləri müəyyən edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.