ELM VƏ TƏHSİL


Bitkilərin sistemləşdirilməsi üçün müqayisəli-palinomorfoloji tədqiqatlar aparılır

Bakı, 25 sentyabr, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, eləcə də Botanika, Geologiya və Geofizika institutlarının mütəxəssisləri digər elm sahələri üçün də perspektivli istiqamət sayılan palinoloji metod vasitəsilə bitkilərin sistemləşdirilməsi üçün müqayisəli-palinomorfoloji tədqiqatlar aparırlar.

Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə birgə multidissiplinar tədqiqat “Boraginaceae” ailəsindən olan “Nonea” cinsinin tozcuqlarının skanlı elektron mikroskopunda öyrənilməsi məqsədilə aparılıb. Tədqiqatın məqsədi tozcuqların yeni mikromorfoloji əlamətlərinin aşkar edilməsi və Azərbaycan florasının bəzi nümunələrinə “növ” statusunun verilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.