CƏMİYYƏT


® Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi gənclər universitetlərə qəbul oldu

Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi 19 gənc ali təhsil müəssisələrinə qəbul olub.

Şirkətlər Qrupu aztəminatlı ailələrdən olan gənclərin təhsil almalarına dəstək üçün həyata keçirilən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsində iştirakını davam etdirir.

Layihə çərçivəsində artıq ikinci ildir ki, Bakı və regionlarda yaşayan yüksək intellektual qabiliyyətli və ali məktəblərdə təhsil almaq arzusunda olan gənclərin biliklərinin artırılmasına və ali təhsilə yiyələnməsinə imkan yaradılır.

Veysəloğlu Şirkətlər Qrupu 2019/2020-ci tədris ilində Hacıqabul və Yevlax rayonlarından olan 24 gəncin təhsil almalarına maddi dəstək göstərib.

İyul-avqust aylarında ali məktəblərə qəbul üzrə keçirilən imtahanlarda gənclərdən 19-u yüksək nəticə göstərərək tələbə adını qazanıb.

Digər 5 gənc isə qəbul imtahanları üzrə ikinci turda iştirak etməyə və kolleclərə sənəd verməyə hazırlaşır.

“Gələcəyini Qur!” layihəsi artıq 6 ildir həyata keçirilir. Veysəloğlu Şirkətlər Qrupu 2018/2019-cu tədris ilindən bu təşəbbüsə qoşulub. Həmin tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında Şirkətlər Qrupunun dəstəklədiyi 20 şagirdin hamısı yüksək nəticələr göstərərək tələbə adını qazanıb və hazırda müxtəlif universitetlərdə dövlət sifarişli (ödənişsiz) əsaslarla təhsil alır.

“Gələcəyini Qur!” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək, bununla da Azərbaycan cəmiyyətinə savadlı və sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihə çərçivəsində ali məktəblərə hazırlıqla yanaşı, gənclərə psixoloji dəstək göstərilir, onların hərtərəfli inkişafına yönəlmiş müxtəlif tədbirlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.