İDMAN


Atletika üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası stadionunda atletika üzrə Bakı çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə təşkil olunan yarışda 8 komandanın heyətində 90-a yaxın atlet mübarizə aparıb.

Yarışın ikinci günündə oğlanlar arasında hündürlüyə tullanmada Nikita Neftyakov, lövhəatmada Yusif Nəzərov qalib adını qazanıblar. Qızların yarışında isə uzunluğa tullanmada Yelena Pextireva birinci yerə layiq görülüb.

Oğlanlar arasında 400 metr məsafəyə sədlərlə qaçış yarışlarında Cavid Məmmədov, 800 metr məsafəyə qaçışda isə Mahmud Mehdiyev birinci olublar. Qızların mübarizəsində isə Leyla Sadıqova (800 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qaliblər federasiya və Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.