SİYASƏT


Mövlud Çavuşoğlu: Meydanda və masa arxasında Can Azərbaycanla birlikdəyik

Ankara, 27 sentyabr, AZƏRTAC

Ermənistan yenə də həddini aşıb. Bu dəfə cavabını meydanda alır. Meydanda və masa arxasında Can Azərbaycanla birlikdəyik.

AZƏRTAC xəbər verir ki, bu sözlər Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun sosial şəbəkə hesablarında etdiyi paylaşımda yer alıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olduğunu xatırladan nazir əlavə edib: “Mən də Azərbaycanın Xarici İşlər naziri, qardaşım Ceyhun Bayramov və Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə danışdım. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmaslarımız davam edir”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.