İDMAN


“Qalatasaray” ilə “Fənərbağça” komandaları arasında oynanılan İstanbul derbisində hesab açılmayıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də futbol üzrə Türkiyə çempionatının üçüncü turunda İstanbul derbisi oynanılıb.

AZƏRTAC xəbər verir ki, günün mərkəz qarşılaşmasında “Qalatasaray” öz meydanında “Fənərbağça” komandasını qəbul edib.

"Türk Telekom Arenada" keçirilən görüşdə hər iki komandanın cəhdlərinə baxmayaraq, qapılara qol vurulmayıb. Bu qarşılaşmadan sonra "Qalatasaray" çempionatda topladığı xalların sayını yeddiyə, rəqibi isə beşə çatdırıb.

Xatırladaq ki, "Qalatasaray" son beş Superliqa oyununda "Fənərbağça"nı öz meydanında məğlub edə bilməyib.

Günün digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

"Rizespor" – "Alanyaspor" - 1:1

"Konyaspor" – "Beşiktaş – 4:1

"Sivasspor" – "Ankaragücü" - 0:0.

Tura sentyabrın 28-də keçiriləcək "Antalyaspor"- "Dənizlispor" qarşılaşması ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.