CƏMİYYƏT


15 May - Beynəlxalq Ailə Günü münasibətilə gənclərlə yaşlı nəslin nümayəndələrinin görüşü olub

Bakı, 15 may, AZƏRTAC

Nəsimi Rayon İcra Hakimiyyətində 15 May - Beynəlxalq Ailə Günü münasibətilə gənclərlə yaşlı nəslin nümayəndələri arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, Görüşdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, elm və mədəniyyət işçiləri və gənclər iştirak ediblər.

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva açaraq bildirib ki, may ayının 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu tədbir planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini hər zaman vurğulayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.

Görüşdə iştirak edən Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı, Bakı Dövlət Universitetinin Qafqaz xalqları kafedrasının müdiri, professor İradə Hüseynova və Nəsimi rayon Fəal və Ağbirçək Qadınlar Şurasının sədri Zərifə Quliyeva çıxışlarında ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ailə siyasətinin formalaşmasının, ailə dəyərlərini, ailə ənənələrini, milli-mənəvi dəyərlərimizə sədaqəti, uşaqların müasir səviyyədə tərbiyəsinin mühüm əhəmiyyətini görüş iştirakçılarının diqqətinə çatdırıblar.

Sonda görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.