Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

15 iyun - Azərbaycan dövlətçiliyinin Qurtuluş Günü

15 iyun - Azərbaycan dövlətçiliyinin Qurtuluş Günü

Bakı, 15 iyun, AZƏRTAC

1993-cü ilin ikinci yarısından sonra Azərbaycan böyük inkişaf yolu keçərək dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulub. Bu gün əldə etdiyimiz uğurlara, dinamik inkişafa, dünya birliyinə sürətli inteqrasiyaya məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya əsasında nail olmuşuq. Bu illər ərzində ölkəmizin dünyada sayılıb-seçilən dövlətlər sırasına qoşulması bir daha təsdiqləyir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. 27 il əvvəl baş verən hadisələr fonunda xalqın ulu öndər Heydər Əliyevə ölkəyə rəhbərlik etməyə israrlı dəvəti və dahi şəxsiyyətin ona olunan çoxsaylı müraciətləri cavabsız qoymaması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanı parçalanmadan, milli dövlətçiliyimizi məhv olmaqdan xilas etdi. Bütün bunlara görə də 1993- cü il 15 iyun müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.

Bu fikirləri AZƏRTAC-a Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondunun direktoru Gülbəniz Bayramova bildirib.

G.Bayramova qeyd edib ki, müdrik şəxsiyyət Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya, xaos və dağılmaqdan xilas etdi. Bu illər ərzində tərəqqi, inkişaf, quruculuq-abadlıq işləri, ümumiyyətlə, qazandığımız bütün uğurların əsası məhz 15 iyun 1993-cü ildə qoyulub. Heydər Əliyevin qayıdışının nəticəsi inkişaf edən, güclənən, haqqını tələb edən Azərbaycandır.

SSRİ-nin süqutundan sonra, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini bərpa etsə də, həmin vaxt ölkəyə rəhbərlik edənlər hələ də köhnə quruluşdan əl çəkə bilmir, ölkəni sovet qanunları ilə idarə edirdilər. Respublikada yaranmış özbaşınalıqdan istifadə edən bəzi qruplaşmalar hakimiyyəti ələ keçirmək üçün hətta qeyri–qanuni silahlı birləşmələrdən istifadə edir, əhalini qorxu içərisində saxlayırdı. Siyasi hakimiyyət boşluğu dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, bütün təsisatların boşluğu ilə səciyyələnirdi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Başları hakimiyyət davasına qarışanlar sərhədlərimizin müdafiəsini tamamilə unutmuşdular. Bundan istifadə edən mənfur qonşumuz torpaqlarımızı hissə-hissə ələ keçirirdi. Yaranmış hakimiyyət boşluğu nəticəsində xaos, özbaşınalıq, anarxiya baş alıb gedir, qarşıdurma daha da güclənirdi. İqtidara tabe olmayan qüvvələr hakimiyyəti ələ keçirmək üçün bütün vasitələrə əl atırdı. Belə qüvvələrdən biri də Gəncədəki hərbi hissələrdən biri idi. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa gətirib çıxarmışdı. Baş verən hadisələri nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdü. Hakimiyyətə itaətsizlik göstərən hərbi hissənin rəhbərliyi Baş Nazirin və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb edirdi. Vəziyyət getdikcə nəzarətdən çıxmış, ətraf rayonların icra hakimiyyətinin başçıları zorla dəyişdirilmiş və Prezident sərəncamı olmadan yeni rəhbərliklə əvəz olunmuşdu. Artıq bu hərbi hissə ətraf rayonları silah gücünə ələ keçirərək Bakı şəhərinə doğru irəliləməkdə davam edirdi. Respublikamız qardaş qırğının bir addımlığında idi. Onsuz da belə bir qırğın artıq Gəncədə hökumət qoşunları ilə hakimiyyətə tabe olmayan ordu arasında baş vermişdi və hər iki tərəfdən itkilər olmuşdu.

Vəziyyəti düzgün müəyyənləşdirə bilməyən ovaxtkı iqtidarın ilk ciddi səhvi müstəqilliyini yenicə bərpa etmiş Azərbaycana çox baha başa gəlmişdi. Ölkə “olum və ya ölüm” dilemması qarşısında qalmışdı. Ona görə də respublikaya rəhbərlik edə biləcək, xalqı arxası ilə aparmağa qadir liderə böyük ehtiyac yaranmışdı. Bəli, Azərbaycan dövlətini və xalqını düşdüyü ağır vəziyyətdən xilas etmək iqtidarında olan və onun müstəqilliyini qoruya bilən bir xilaskara, dövlət idarəçiliyində təcrübəsi olan siyasətçiyə böyük ehtiyac yaranmışdı. Xalqın yekdil qərarına görə, həmin siyasi xadim Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev idi və xalq da, iqtidar da dahi şəxsiyyətin Azərbaycana gərək olduğunu bilərək, Ulu Öndəri ölkəyə rəhbərliyə dəvət etdilər. Həmişə çətin zamanlarda xalqına, Vətəninə arxa-dayaq olan ulu öndər Heydər Əliyev bu dəfə də ona müraciət edənlərin səsinə səs verdi və ömrünün qalan hissəsini doğma Vətənin tərəqqisinə həsr etdi.

Müstəqil Azərbaycanın gələcək taleyinə biganə qalmayan böyük azərbaycanlı Heydər Əliyev 1993-cü il iyunun 9-da iqtidarın və xalqın təkidi ilə Bakıya qayıtdı və əvvəlcə baş verən hadisələri öyrənmək, yerində tanış olmaq qərarına gəldi. Ümummilli Liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən, qorxudan çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra - iyun ayının 15-də isə Heydər Əliyev parlamentdə səslənən təkidli xahişləri, ən əsası, xalqın istəyini nəzərə alaraq Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsinə razılıq verdi. Bununla da Azərbaycanın xilaskarlıq missiyasının əsası qoyuldu. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan, özbaşınalıqdan, vətəndaş müharibəsindən qurtuluşa doğru yeni mərhələnin başlanğıcı oldu. Məhz həmin gün Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Müdrik şəxsiyyət Azərbaycanın müstəqilliyini qoruyub saxladı, onun iqtisadi və siyasi durumunda böyük dönüş, yenilik yaratdı. Bu gün Azərbaycanın dünya birliyində müstəqil dövlət kimi tanınmasının əsasını məhz ulu öndər Heydər Əliyev qoyub. Müdrik şəxsiyyətin siyasi uzaqgörənliyi nəticəsində hazırda Azərbaycan dünya dövlətləri sırasında sayılan bir dövlət kimi tanınır.

Sonralar ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimlərimiz, deputatlar 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etmiş və Milli Məclis bu təklifi bəyənmişdir. O vaxtdan Heydər Əliyevin hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

1993-cü il iyunun 15- dən başlayaraq Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyi yolunda qətiyyətli addımlar atıldı. Sonradan baş verən hadisələr, iki dəfə-1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər və Ulu Öndər tərəfindən hər ikisinin qarşısının qətiyyətlə alınması Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi, əlaqələrini genişləndirdi və dünya birliyinə inteqrasiyasını sürətləndirdi. Baş verən hadisələr də təsdiqləyir ki, Azərbaycan özünün əsl müstəqilliyini ulu öndər Heydər Əliyevin qayıdışından sonra əldə etdi. Məhz Ulu Öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə və xalqına olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndərin müdrikliyi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi ölkəni xaos və anarxiyadan, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginlikdən xilas etdi.

Bu günə qədər Azərbaycanın qazandığı siyasi, iqtisadi, mədəni sahələrdəki bütün nailiyyətlərinin əsasında Ulu Öndər tərəfindən müəyyənləşdirilən siyasi strategiya və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı müdrik şəxsiyyət Heydər Əliyevin ən layiqli siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Dövlət başçımızın və onunla daim birlikdə ölkəmizin tərəqqisi yolunda yorulmadan fəaliyyət göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu siyasi strategiyası nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.

Bu gün ölkəmizin dünya birliyində sabitlik adası kimi tanınmasında, mədəniyyətlər və sivilizasiyalararası dialoq, dünya və Avropa miqyaslı idman yarışlarının, mahnı müsabiqələrinin məkanına çevrilməsi, möhtəşəm iqtisadi uğurlara imza atması Heydər Əliyev siyasi kursuna sadiqliyin nəticəsidir. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, dünya ictimaiyyəti də təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa, yeniliyə, tərəqqiyə heyran qaldığın açıq şəkildə etiraf edir. Müstəqil Azərbaycan dövləti möhkəm əsaslar üzərində praqmatik düşüncəli mükəmməl bir dövlət xadiminin siyasəti nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub və böyük dövlətlərin illərlə əldə edə bilmədiyi nailiyyətlərə qısa bir zamanda imza atıb. Bu gün xalqımız müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəyinə, işğal altında olan torpaqlarımızın azad ediləcəyinə, doğma ocaqlarından didərgin salınmış bir milyondan artıq soydaşımızın ata-baba yurdlarına qayıdacağına əmindir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir